Şuşanın anım günü

8 may 2017-ci il tarixində Azərbaycanın dilbər guşələrindən biri olan Şuşanın erməni işğalçıları tərəfindən alınmasının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.Tədbir Azərbaycan Respublikası Dövlət himnin səslənməsi ilə başlandı .UBT rəhbəri M.E.Abasova Şuşa haqqında məlumat verdi.Məktəbin tarix müəllimi S.A.Abasova Şuşanın memarlıq və incəsənət abidələri haqqında,coğrafiyası haqqında geniş məlumat verdi.Sonra məktəbin ədəbiyyat müəllimi V.M.Əkbərova Şuşanın mədəniyyətindən,və görkəmli şəxsiyyətlərindən danışdı.Bu məlumatlar tədbir iştirakçılarına çatdırıldı.Şuşanın ərazisi-289kv.km,əhalisinin sayı 24900 nəfər,şəhid olmuşdur-193 nəfər,5 nəfər milli qəhrəman olmuşdur.249 tarixi abidə və muzeylər yandırılmış və dağıdılmışdır.Sonra tədbir iştirakçıları "Xarıbülbü"əfsanəsini dinlədilər.Tədbirin sonunda şagirdlər Şuşa haqqında filmin nümayişini izlədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi