Qızların təhsil hüququ

Qızların təhsildən yayınması hallarının qarşısının alınması məqsədilə məktəbin psixoloqu İ.N.Paşayeva 8-ci sinif şagirdləri ilə “Qızların təhsil hüququ” adlı maarifləndirici tədbir təşkil etdi.
Tədbir çərçivəsində şagirdlər qruplara bölünərək təqdimatlar hazırladılar, maarifləndirici videoçarx izlədilər, Elm və Təhsil naziri Emin Əmrullayevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışından qısa xülasəni dinlədilər.
Şagirdlərin təqdimatları diskussiya formasında təşkil edilərək öyrədici-inkişafetdirici istiqamət aldı.