31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür...

“31 Mart Azərbaycanlıların Soyqırımı Günü“ ilə əlaqədar olaraq məktəbin tarix müəllimi A.Abdullayevanın rəhbərliyi ilə 7a sinif şagirdləri “31 Mart Soyqırımı“na həsr edilmiş təqdimatı təqdim etdilər.
Şagirdlər təqdimatda Şamaxı, Quba, Xaçmaz, Lənkaran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaqlarının azərbaycanlılara qarşı törətdikləri soyqırım və onun acı nəticələrindən danışdılar.
Şagirdlər azərbaycan xalqının genosidə uğramasından, həmin ərazilərdə yerləşən mədəniyyət abidələrinin, məscid və qəbirstanlıqların dağıdılması haqqında geniş məlumat verdilər.