5 Mart Bədən - Tərbiyəsi və İdman Günüdür.

“ Azərbaycan Respublikası Pzezidentinin 2023 – cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanında təsdiq edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi “ nin 5.5.11- ci yarımbəndini rəhbər tutaraq məktəbdə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü “ nə həsr olunmuş idman həftəsi təşkil edildi.
“ İdman həftəsi “ çərçivəsində ibtidai sinif müəllimləri şagirdlərə sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Səhər gimnastikası “ nı fiziki tərbiyə dərslərində mütamadi olaraq təmin etdirdilər. Məktəbin Fiziki- tərbiyə müəllimi Etibar İbadlı şagirdlər arasında müxtəlif idman növləri üzrə ( qol güləşi , şahmat , dama və s) yarışlar təşkil etdi. Fiziki –tərbiyə müəllimininrəhbərliyi altında 5-9 – cu sinif şagirdləri “ İdman növləri haqqinda “ təqdimatlar hazırladılar .
Məqsəd : Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği , idman və bədən tərbiyəsinin inkşafı və bu sahədə kütləviliyin təmin edilməsidir.