21 Fevral Ana dili Günü

Azərbaycan dilinə sevgi, rəğbət və qayğı formalaşdırmaq , həmçinin digər dillərə hörmət aşılamaq məqsədilə məktəbdə “ 21 Fevral Ana Dili Günü” nə həsr olunmuş Tədbirlər planı tərtib edilmişdir.
Bu plana əsasən 20.02.2025-ci ildə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə 7-ci siniflər arasında intellekt yarışı keçirildi.
Məqsəd dilimizlə bağlı şagirdlərin intellektual təfəkkürünü inkişaf etdirmək , maraq dünyasını genişləndirmək və maarifləndirməkdən ibarət idi.