"20 Yanvar" faciəsi

17 yanvar 2025-ci il tarixində məktəbdə Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi olan ‘’20 Yanvar faciəsi’’nin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi’’nə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Azərbaycanın suverenliyi, azadlığı uğrunda canlarını qurban vermiş “20 Yanvar’’ faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin UBT rəhbəri M.N Yaqubova açdı. 1990-cı ilin yanvarında sovet imperiyasının qoşunlarının Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışdı. Şagirdlərin çıxışında ‘’20 Yanvar” faciəsinə həsr olunmuş şeirlər səsləndirildi. Çıxışlardan məlum oldu ki, şagirdlər azadlıq mücahidlərinin əziz xatirələrini anacaq və onları hər zaman qürurla yad edəcəklər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!