Narkomaniyaya Son Qoyaq

    Azərbaycan Respublikası Prezidentinin 22iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasını nəzərə alaraq 20.12.2024-cü ildə məktəbin psixoloqu İ.N.Paşayeva şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı profilaktik maarifləndirici dəyirmi masa təşkil etdi.

     Dəyirmi masa ətrafında məktəbin fiziki tərbiyə müəllimi E.Ə.İbadlı və UBTR M.N.Yaqubova şagirdlərlə maarifləndirici söhbət apardı.

      Şagirdlərə maarifləndirici videoçarx təqdim edildi, qruplara bölünərək təqdimatlar hazırladılar. Profilaktik işə xidmət edən tədbir maarifləndirici-inkişafetdirici diskussiyalarla davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi