“Qədim Türk diyarı Naxçıvan 100”

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində “Məktəblərdə Naxçıvan ayı” layihəsi keçirilməsi nəzərdə tutulmuşdur.
“Naxçıvan aylığı”nın keçirilməsi çərçivəsində məktəbin tarix müəllimi A.N.Abdullayeva “Qədim Türk diyarı Naxçıvan 100” adlı tədbir keçirtdi. Tədbirdə şagirdlərə Naxçıvan Muxtar Respublikası tarixi və etimologiyası haqqında geniş məlumat verildi. Naxçıvanın keçdiyi misilsiz inkişaf yolunu əks etdirən videoçarx nümayiş olundu.