Təhlükəsizlik günü

“Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi” barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş təlimata əsasən “Şagird təhlükəsizliyi” mövzusunda məktəbdə silsilə valideyn iclasları təşkil edildi.
İclaslarda valideynlərə şagirdlərin qadağan olunmuş əşyaları ( telefon, planşet, alışqan və s. ) məktəbə gətirməmələri, təhsilalanlar arasında risk qrupuna ( fiziki, psixoloji, onlayn təhlükəsizliyi pozan şagirdlər və həmin şagirdlərin təsirinə məruz qalanlar) daxilolma ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla aparacağı iş prinsipi valideynlərin nəzərinə çatdırıldı.
Proqnozlaşdırılan və gücləndirilmiş iş prosesində valideynlərin məktəblə sıx əlaqəsi, dəstəyinin labüd olacağı onların nəzərinə çatdırıldı.