Şagird təhlükəsizliyi

Ümumi Təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən BŞTİ-yə daxil olmuş 18.10.2024-cü il tarixli, 59-D-282 nömrəli məktuba əsasən 2024-cü ildə 303 saylı ümumi orta məktəbdə “Şagird davranış qaydaları və şagirdlərin təhlükəsizliyi”nin təmin edilməsi məqsədilə monitorinq keçirildi.
Monitorinq zamanı kəsici, deşici alətlərin, texniki vasitələrin( mobil telefon, planşet və.s) aşkarlanması və üzə çıxarılması məqsədilə şagirdlərin çantaları yoxlanıldı. Məktəbli geyimi, saç düzümünün məktəbə uyğun olması vacib məqam kimi şagirdlərə tövsiyə olundu.