Zəfərin mübarək Azərbaycan!

07.11.2024 –cü il tarixdə 8 noyabr “Zəfər Günü” nə həsr olunmuş tədbir keçirildi. Məktəbin UBT –rəhbəri M.N.Yaqubova tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Zəfər gününü bizə yaşadan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru P.V.Rzayeva şanlı ordumuzun qazandığı uğurlar haqqında çıxış edərək şagirdləri tarixi qələbə munasibətilə təbrik etdi. Məktəbin tarix müəllimi A.Aygün müəllimə zəfərə aparan yolun tarixi əhəmiyyətindən danışdı. Bədii hissədə məktəbin I-IX sinif şagirdləri vətənpərvərlik mövzusunda hazırladıqları şeirlər, mahnılar, rəqslər təqdim etdilər.