Ətraf mühiti qoruyaq

01.10.2024-cü il tarixdə məktəbin ingilis dili müəllimi N.C.Əliyeva “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində maarifləndirmə günü keçirdi.
Tədbirin əvvəlində 6-cı sinif şagirdi Kərimova Lalə bu ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” olması barədə ingilis dilində məlumat verdi. Daha sonra V-VI sinif şagirdləri birlikdə “Save the planet” mahnısını oxudular. Şagirdlər əllərində yaşıl dünyanın bizim üçün əhəmiyyətini əks etdirən ingilis dilində yazılmış plakatlardan istifadə etdilər. Tədbir ərzində “We are Green Chanpions” , “We care for the Earth “ videoçarxlar nümayiş etdirildi. Tədbir zamanı uşaqlar əllərini yaşıl rəngə boyayaraq ağacın gövdəsini yaşıllaşdırıb: “ Dünyamızı yaşıla boyayaq!”- dedilər.