Ekoloji qloballaşma

Məktəblərdə “Ekologiya aylığı” layihəsi çərçivəsində tədbir keçirildi. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər planının icrası, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində şagirdlərin maarifləndirilməsi məqsədilə cari ilin oktyabr ayı ərzində “Məktəblərdə Ekologiya ayı” layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

    Aylığın tədbirlər planına uyğun olaraq oktyabrın 30 da ibtidai sinif müəllimi G.S.Abasovanın təşkilatçılığı və 3a sinif şagirdlərinin iştirakı ilə “ Ekoloji qloballaşma” mövzusunda maarifləndirici təqdimat nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi