Sağlam qidalanma və sağlam həyat tərzi

26.10.2024-cü il tarixdə məktəbdə 32 saylı poliklinikanın həkimlərinin təşkilatçılığı ilə uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması istiqamətində maarifləndirici tədbir keçirilmişdir.
“Sağlam qidalanma və sağlam həyat tərzi! ” mövzusunda keçirilən tədbirin əsas məqsədi şagirdləri sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda maarifləndirmək idi. Poliknikanın pediatoru Zeynəb həkim VIII-IX sinif şagirdlərinə sağlam qidaların xeyrli tərəfləri, zərərli qidaların isə orqanizmə fəsadsız ötüşməməsindən, mənfi təsirindən söhbət açdı və zərərli vərdişlərdən uzaq olmalarını bir daha şagirdlərin nəzərinə çatdırdı.