Valideynlərin məktəbə və pedaqoji prosesə münasibətinin öyrənilməsi.

   Məktəbin yeniyetmə yaş qrupuna aid olan şagirdlərin valideynləri ilə iclas təşkil edildi. İclasda sinif rəhbərləri ilə yanaşı məktəb rəhbərliyi və fənn müəllimləri də iştirak etdi. İclasda şagird nailiyyətinin yüksəldilməsi, təlim-tərbiyə sahəsində aparılan işin səmərəliliyinin artırılması və fəal şəxsiyyətin formalaşdırılması istiqamətində maarifləndirici söhbətlər aparıldı.

   Sinif rəhbəri valideynlərə şagirdlərin davamiyyəti, səliqəli formada ( saç, dırnaq, aksesuar və s.), məktəbli geyimində məktəbə gəlməsi, təlimə və sinif yoldaşlarına münasibəti haqqında məlumatlar verdi. Məktəbin psixoloqu valideynlərlə şagirdlərin yaş dövrünün spesifik xüsusiyyətləri haqqında maarifləndirici söhbətlər apardı, şagirdlərin gigiyenik qaydalara əməl etməsinin zəruriliyindən danışdı.

   Ümumilikdə, pedaqoji heyət valideynlərə lazımi məsləhət və tövsiyələrini verdilər. Valideynlərin şikayət və təklifləri dinlənildi. İclas qarşılıqlı rəsmi-işgüzar müzakirə formasında keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi