“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında “Konustitusiya Akt”ı qəbul olunmuşdur. Bu Akta əsasən, müstəqilliyini elan edən  Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-ni bayram günü kimi qeyd etmişdir. 2021-ci il 15 oktyabr tarixindən etibarən yeni adıyla qəbul edilmiş “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirildi. UBT- rəhbəri Yaqubova Mehriban çıxış edərək tədbiri açıq elan etdi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 

   Tədbirdə UBT- rəhbəri M.N.Yaqubova çıxış edərək bildirdi ki, əsası Ulu Öndər H.Ə.Əliyev tərəfindən qoyulan mütəqlilliyimiz bu gün Ali Baş Komandan İ.H.Əliyevin rəhbərliyi ilə davam etdirilir və daha da möhkəmləndirilir.

   Tədbirdə məktəbin ibtidai və əsas təhsil pilləsinin şagirdləri şeirlər söylədilər və vətənpərvərlik ruhunda bəstələnmiş musiqilər səsləndirdilər. UBT-rəhbəri  Ümumilli liderimiz H.Ə.Əliyevdən sitat gətirərək tədbiri bağlı elan etdi.   

   Ümumilli liderimiz H.Ə.Əliyevin sözlərilə desək: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi