Bullinq nədir?!

     Təhlükəsizliyin təminatı və sağlam mənəvi- psixoloji mühitin formalaşması məqsədilə məktəbin psixoloqu İ.N.Paşayeva 6a sinif şagirdləri ilə “Bullinq nədir?!” mövzusunda seminar təşkil etdi.

    Seminarda şagirdlərə maarifləndirici videçarx təqdim edildi, bullinq mövzusunu əks etdirən hekayələr müzakirə edildi, bullinqin profilaktikası məqsədilə tərtib edilən anketlər şagirdlərə təqdim olundu.

Şagirdləri düşündürən, maraqlandıran mövzulara aydınlıq gətirildi, sualları cavablandırıldı.

     Seminarın sonunda şagirdlər tanış olduğu “Bullinq” mövzusuna qədər yoldaşları ilə etdiyi mübahisələrə son verəcəklərinə və daha adekvat yolla həll edəcəklərinə söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi