“27 sentyabr “Anım Günü”

Azərbaycan Respublikası Təhsil nazirinin “27 sentyabr “Anım Günü” və 8 noyabr “Zəfər Günü” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq, məktəbdə ilk dərslər “Anım Günü”nə həsr olundu.
27 sentyabr “Anım Günü” ilə əlaqədar məktəbdə tədbir təşkil edildi. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Aygün müəllimə Vətən müharibəsində şücaət göstərmiş şəhidlərin həyat və mübarizə yolundan danışdı. Tədbirdən sonra şagirdlər və pedaqoji heyət şəhid Balazadə Raqif oğlu Abdullayevin xatirəsini əbədiləşdirən bulağı ziyarət etdilər və ailəsilə görüşdülər.