Od çərşənbəsində iməclik keçirildi

Novruz baryarmı dörd əsas çərşənbəni özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir.Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Deməli vətənimizdə oda və ocağa olan hörmət, onun müqəddəsliyi heç vaxt danılmazdır. Çünki neçə əsrlər bundan əvvəl insanların odu tapması və onun kəşf olunması dünya tarixinə xüsusilə yazılmışdır. Hər evin və binanın qarşısında tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə nişanə idi. Dünyada istilik mənbəyi olan günəş, od, alov həmişə insanlar tərəfindən sevilmiş və qorunumağa çalışılmışdır. Məktəbimizin müəllim və şagir kollektivi su çərşənbəsində olduğu kimi od çərşənbəsinədə " Çərşənbə iməclikləri" layihəsi çərçivəsində məktəbin həyətyani sahəsində təmizlik işləri apardılar, ağaclara qulluq etdilər.