"Bilik günü" tədbiri
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş (05.09.2024 cü il tarixli, 00/TQC-01-317 nömrəli) məktubuna əsasən 16 sentyabr 2024-cü il tarixdə məktəbdə “ Bilik günü” adlı tədbir təşkil edildi.
Tədbirdə məktəbin direktoru P.V.Rzayeva müəllimləri, şagirdləri və valideynləri təbrik etdi. İlk zəngin sədaları altında I siniflər məktəbə daxil oldular.