“Mən müəllim adından yüksək ad tanımıram”

Ümumtəhsil müəssisələrində fəaliyyətin şəffaflığının daha da gücləndirilməsi, neqativ halların yaranmasına səbəb olan və şərait yaradan hadisələrin qarşısının alınması və təhsilverənlərin davranışında, nitqində, şagirdlərlə münasibətində etik normaların mütləq gözlənilməsi məqsədilə 04.06.2024-cü il tarixində “Mən müəllim adından yüksək ad tanımıram” başlığı altında maarifləndirici dəyirmi masa təşkil olundu.