"Xocalısız 25-il"

Azərbaycan xalqı artıq iyirmi beş ildir ki, Xocalı soyqırımının ildönümünü qanlı göz yaşları ilə qeyd edir.Hələ də soyqırımda günahı olanlar layiqincə cəzalarını almamış,Xocalı və onunla birlikdə Azərbaycan torpaqlarının iyirmi faizi erməni işğalçılarının ayaqları altındadır.Milli Qəhrəman Çingiz Musatafayevin soyqırımn il şahidi olduğu zaman hönkürtülü,sızıltılı hıçqıraqları hələ də qulaqlarımızdan keçib getmir. 23.02.2017-ci il tarixində 303№-li ümumi orta məktəbdə Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş "Xocalısız-25 il" mövzusunda rəsm sərgisi keçirildi.Sərgidə şagirdlər soyqırımın dəhşətlərini əks etdirən rəsmləri nümayiş etdirdilər. 24.02.2017-ci il tarixində məktəbdə "Xocalı-xalqımızın qan yaddaşı" adlı tədbir keçirildi.Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan olundu.UBTrəhbəri M.E.Abasova və tarix müəllimi S.A.Abasova Xocalı soyqırımı haqqında şagirdlərə ətraflı məlumat verdilər.Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlər Xocalı dəhşətlərini əks etdirən səhnəcik göstərdilər.Müxtəlif şeirlər söylənildi.Şagirdlər " Xocalı adında bir şəhər" mahnısını xorla oxudular.Tədbir Xocalı soyqırımına həsr olunmuş filmin nümayişi ilə bağlı elan olundu.