21 Fevral Beynəlxalq "Ana dili" günü

Hamıya məlumdur ki,21 Fevral Beynəlxalq "Ana dili"günüdür.Bu münasibətlə 303№li ümumi orta məktəbdə 21.02.2017-ci ildə "Ana dili"gününə həsr olunmuş ədəbi-bədii gecə keçilrilmişdir.Tədbiri giriş sözü ilə məktəbin UBT rəhbəri M.E.Abasova açıq elan etdi.Azərbaycan Respublikasının himni səsləndirildi.Sonra məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi V.M.Əkbərova "Beynəlxalq Ana dili "günü haqqında geniş məlumat verdi.7-ci sinif şagirdləri C.Məmmədquluzadənin "Anamin kitabı"dram əsərindən bir parçanı səhnələşdirilmiş formada nümayiş etdirdilər.Sonra şagirdlər "Şirin dil"mahnısını xorla oxudular.Şagirdlər həm Azərbaycan ,həm türk,həm ingilis,həmdə rus dillərində şeirlər ifa etdilər.Milli-mənəvi sərvətimiz sayılan şifahi xalq ədəbiyyatının bayatı,atalar sözləri və yaniltmac kimi incilərini diqqətə çatdırdılar.Tədbirdə müxtəlif musiqi parçaları səsləndirildi,o cümlədən "Dədə Qorqud"filmində səsləndirilən mahnı sədaları altında rəqs etdilər.Ü.Hacıbəyovun "Cəngi"si ilə yallı gedib tədbiri başa çatdırdılar.