“Çərşənbə iməcilikləri”

Bu gün Azərbaycanda ilk çərşənbə - su çərşənbəsi qeyd olunur.Novruz bayramı və ilaxır çərşənbə ərəfəsində “Çərşənbə iməclikləri” layihəsini nəzərə alaraq məktəbdə 21 fevral 2017-ci il tarixdə saat 13-00-da çərşənbələrin birincisi “Su çərşənbəsi” günü iməclik keçirilmişdir.Novruz və ilaxır çərşənbələr təbiətin oyanışı və saflığı,təmizlik,dürüstlük kimi dəyərləri təbliğ etmək məqsədi ilə iməclikdə məktəbin həyətyani sahəsində təmizlik işləri aparılmış,ağacların dibi kollardan təmizlənmiş və bellənmişdir.Su axır samanlıqdan,Yol keçir qaranlıqdan.Çalış, yaxşılıq eylə,Nə çıxar yamanlıqdan