“Bullinq- sosial, pedaqoji, psixoloji problem kimi” mövzusunda dəyirmi masa

 

Bullinq (qısnama, zorakılıq) bir çox uşaqların üzləşdiyi ciddi problemdir və bullinqin bir sıra təzahürləri özünü göstərir. Cismani və ya fiziki bullinqə zərbə vurmaq, təpikləmək, badalaq vurmaq, tüpürmək, saç yolmaq və s. aiddir. Bura şəxsi əmlaka ziyan vurmaq, oğurluq və fiziki təhdidlər də daxildir. Fiziki bullinqə məruz qalan uşaqlar təşviş, təlaş, depressiya, fiziki va sosial problemlər yaşaya bilərlər. Həm uşaqlar, həm böyüklər bullinqi dərhal müəyyən edib cəld və ədalətli şəkildə qarşısını almağı öyrənməlidirlər.

   Məktəblərdə şagirdlər arasında bu kimi halların daha çox müşahidə edildiyini nəzərə alaraq, məktəbin psixoloqu bullinqlə mübarizə aparmaq məqsədilə 6- cı sinif şagirdləri ilə dəyirmi masa ətrafında  maarifləndirici söhbət təşkil etdi. Tədbirdə şagirdlərə fiziki, emosional, verbal, sosial, bullinq zamanı nə etmək lazım olduğunu şagirdlərə nağıl personajlarının dili ilə çatdırdı. Müəllifi Melisa Hiqinzin “İtələmək gülməli deyil” kitabından məktəbli yenot Beylnin  necə qüdrətli yenot Beyliyə çevrilməsini şagirdlərə nağıl edərək, lazımi mesajlar ötürdü.

  Tədbirin sonunda şagirdlər bullinqin təzahür formaları və onlarla mübarizə yollarını öyrəndilər. Rast gəldiyi bu kimi situasiyalara biganə qalmayacaqlarını və adekvat mübarizə yollarını seçəcəklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi