"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici seminar

18 dekabr 2023-cü il tarixdə məktəbdə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin 6a və 6b sinif qızları iştirak etdi.

   Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün  uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

  Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verildi, onlara sanitar – gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olundu. Bildirildi ki , gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir.

   Seminarın sonunda maarifləndirici slaydlar nümayiş etdirildi və şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi