Elektron siqaretlər sağlamlıq üçün təhlükə mənbəyidir.

Son vaxtlar gənclər və yeniyetmələr arasında elektron siqaret aludəçilərinin sayı artıb və bu, çox ciddi təhlükə mənbəyidir. ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstələnib. Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır.Bəzən gənclər elə düşünürlər ki, e.siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərkitməyin ən səmərəli üsulu kimi qəbul edir. Zərərli vərdişlər sırasına daxil olan elektron siqaretlərin və qəlyanların sağlamlığa mənfi təsirini yeniyetmə və gənclərə aşılamaq məqsədilə məktəbin psixoloqu şagirdlərlə maarifləndirici tədbir təşkil etdi.
Tədbirdə şagirdlərə maarifləndirici slaydlar təqdim edildi və mühazirələr oxundu. Şagirdlərlə birlikdə diskussiya aparıldı. Müazikirə edilən mövzu üzərindən yeniyetmələrə düzgün məsləhət və tövsiyyələr verildi.