Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır

Məktəbin psixoloqu İ.N.Paşayeva “Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır” mövzusunda VIII sinif şagirdlərilə maarifləndirici seminar təşkil etdi.

   Seminarda şagirdlərə gigiyena barədə zəruri informasiyalar ( şəxsi və ümumi gigiyena qaydaları) , sağlam və rasional qidalanma, ətraf mühitin insan sağlamlığına təsiri haqqında məlumat verildi və verilən informasiya üzərindən aktiv diskussiyalar aparıldı. Mövzuya əsasən şagirdlər qruplara ( diyetoloqlar, dermatoloqlar, stomatoloqlar) bölünərək təqdimatlar hazırladılar. Şagirdlərin hazırladıqları təqdimatlar üzərindən günün informasiyası möhkəmləndirildi.

  Seminarı atalarımızın “Sağlam bədəndə, sağlam ruh olar” deyimi ilə yekunlaşdırdıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi