Valideyn iclasının nümunəvi ssenarisi

Hörmətli valideynlər, məktəbin missiyasından biri də uşaqların təhlükəsiz şəraitdə sağlam böyüməsinə şərait yaratmaq, uşağa özünü ve başqalarını tanımağa kömək etməkdir. Ümumi sağlamlιğımızın bir qolu olan reproduktiv sağlamlığın əsası uşaq yaşlarından qoyulur və onun nəticəsi insan bütün ömrü boyu təqib edir. Lakin sağlamlıq və sağlam həyat tərzi anlayışları uşaq və yeniyetmələr üçün hələ dərin məna kəsb etmir, bu yaşda insan sağlamlıq barədə heç düşünmür. Onların başqa prioritetleri vardır: dünyanı öyrənmək və bu dünyada öz yerlərini müəyyən etmək. Biz böyüklər anlayırıq ki, sağlamlıq sonsuz deyil-o da təbii resurslar kimi tükənir. Təbiəti vəhşicəsinə talamaq kimi sağlamlığı şüursuz şəkildə təhlükəyə atmaq da yolverilməzdir. Vaxtında lazımi informasiya almayan gənc qız ve oğlanlar ailə həyatı qurandan sonra bir sıra problemlərlə üzləşirlər. Çox zaman bu problemlərin əsas səbəbi nadanlıq olur. Dünya pedaqoji praktikasında şagirdlərə reproduktiv sağlamlıq barədə vaxtında zəruri məlumat vermək təcrübəsi geniş yayılmışdır. Biz də bu məsələyə diqqət yetirməyi vacib bilirik. Bizim sinif saatlarında vaxtaşırı şagirdlərlə bu barədə söhbət aparılacaqdır. Həmin söhbətləri qιzlar ve oğlanlar üçün ayrılıqda keçirməyi planlaşdırırıq.

  

     VIII sinif şagirdləri üçün nəzərdə tutulan məşğələlər aşağıdakılardır:

 

 I məşğələ. Mən və mənim əhatəm

II məşğələ. Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır.

III məşğələ. Zərərli vərdişlər: Siqaret çəkmək

IV məşğələ. Zərərli vərdişlər. Alkoqolizm və narkomaniya.

V məşğələ. Erkən nikahın fəsadları.

 

 IX sinif şagirdləri üçün nəzərdə tutulan məşğələlər:

 

I məşğələ. Təhlükəsiz informasiya axtarışı.

II məşğələ. Gəncliyin ilk baharı

III məşğələ. Reproduktiv sağlamlıq nədir

IV məşğələ. Yeniyetmələrin sirləri

V məşğələ. Qohumlararası nikahların fəsadları

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi