27 Sentyabr “Anım Günü”

27 Sentyabr “Anım Günü” münasibətilə məktəbdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru P.V.Rzayeva ərazi bütövlüyümüzün bərpası münasibətilə hamını təbrik etdi. Əllərində şəhidlərin portretlərini tutmuş şagirdlər şəhidlərin döyüş yolu haqqında məlumat verdilər. Şəhidlərə həsr olunmuş şeirlər oxundu musiqilər səsləndirildi . Tədbir bağlı elan olunduqdan sonra şəhidlərin əziz xatirəsini əbədiləşdirən xiyabanlar ziyarət olundu.