“ Bilik günü”

2023-2024-cü tədris ilində M.Məmmədov adına 303 №-li ümumi orta məktəbdə 15 Sentyabr
“ Bilik günü” nə həsr olunmuş tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin təhsil haqqında dediyi kəlam ilə tədbir açıq elan olundu. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru P.V.Rzayeva çıxış edərək, birinciləri “ Bilik günü” münasibətilə təbrik etdi.Tədbirdə birincilər mahnılar və şeirlərlə çıxış etdilər. Təbdirin sonunda birincilər üçün ilk zəng səsləndi. Tədbir bağlı elan olundu.