BŞTİ- nin 3-cü siniflərdə təşkil etdiyi Monitorinq

BŞTİ- nin “Təhsilin keyfiyyətinə nəzarət sektoru”nun və Təlimə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 17 may 2023-cü il tarixdə 3-cü siniflərdə monitorinq təşkil edilmişdir.

   Monitorinqin keçirilməsində məqsəd şagirdlərin Tədris dili, Riyaziyyat və İngilis dili  fənlərindən məzmun standartlarının tələblərinə nail olma səbəblərini müəyyən etmək, şagirdlərin gələcək inkişafında keyfiyyətin artırılmasına yönəldilmişdir.     

   Monitorinqin müddəti 1,5  saat (90 dəqiqə) müəyyən edilmişdir. Monitorinqdə 3a və 3b sinif şagirdlərinin iştirakı təmin edilmişdir. Monitorinq zamanı nəzarətçilər materialların üz qabığındakı məlumatları şagirdlərin diqqətinə çatdırmışdır.  Nəzarətçi müəllimlər  həm Tədris dilindən, həm də İngilis dilindən dinləmə materiallarını monitorinq keçirilən siniflərdə dinləmə cihazlarından istifadə edərək səsləndirmişdir. Monitorinq təlimata uyğun olaraq həyata keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi