Şagirdlərdə imtahan stressinin aradan qaldırılması

İmtahan stressi imtahandan əvvəl va ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq haldır. Imtahan stressi stressin digər formalarında olan vəziyyətlə eynidir, lakin bu cür stressin yaranma səbəbi imtahanla bağlı narahatlıqlardır. Bu hal qəbul imtahanlarında və ya ondan əvvəlki dövrdə, buraxılış imtahanı və ya ondan əvvəlki dövrdə, summativ qiymətləndirmə zamanı və s. situasiyalarda müşahidə olunur. Yəni bizdə narahatlıq hissi yaradan istənilən imtahan və ya qiymətləndirmə ilə bağlı ola bilər.

   IX sinif şagirdlərinin buraxılış imtahanı ilə əlaqədar olaraq məktəbin psixoloqu şagirdlərdə “İmtahan həyacanının dərəcəsi” adlı diaqnostik test keçirtdi. Testin nəticələrinə uyğun olaraq, şagirdlərdə imtahan stressinin azaldılması məqsədilə  psixoloq şagirdlərlə maarifləndirici profilaktik söhbət təşkil etdi və  psixoloji texnikalar üzərində korreksion proqramı həyata keçirtdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi