30 Dekabır 2016-cı il tarixində məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş geniş tədbir keçirildi. Şagirdlər Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş fotostendi nümayiş etdirdilər.Sonra Azərbaycana həsr olunmuş şeirlər və mahnılar ifa olundu.Tədbirin ikinci hissəsində Şaxta babanın və qar qızın gəlişi ilə yeni il şənliyi başlandı.İbtidai sinif şagirdləri yolka ətrafında dövrə vuraraq yeni ilə həsr olunmuş mahnılar oxudular.Sonra Şaxta baba uşaqlara hədiyyələr payladı.Şənlik müxtəlif rəkslərlə davam etdi.