Mənəvi dəyərlərimizi yaşadırıq.

14.03.2023-cü il tarixdə məktəbdə ” Torpaq çərşənbəsi”də “Bahar çələngi” adlı musiqili tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan olundu.
Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru P.V.Rzayeva çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Məktəbin şagirdləri çərşənbəmiz haqqında məlumat verdilər və onların atributlarını nümayiş etdirdilər. Tonqal ətrafında toplanmış uşaqlar “Yallı” rəqsini ifa etdilər. Məktəbin ibtidai sinif şagirdləri” Nəlbəki “ və” Səməni” rəqslərini ifa etdilər. Kosa və Keçəlin məzəli oyunları tədbiri daha da şənləndirdi.