Erkən nikaha yox

Bakı Şəhəri üzrə Təhsil İdarəsini "Ailəm və məktəbim" layihəsinin keçirilməsi barədə 18.04.2022 ci il tarixli F-145 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə məktəbdə 03.06.2022 ci il tarixdə valideynlərlə "Erkən nikaha yox" adlı maarifləndirici seminar təşkil edildi. Seminarda məktəbin psixoloqu mövzu ilə əlaqədar valideynlərə maarifləndirici slaydlar, video-çarxlar və digər materiallar nümayiş etdirdi. Erkən nikahlara səbəb olan amillər, erkən nikahların törətdiyi fəsadlar valideynlərin nəzərinə çatdırıldı.
Seminarın sonunda mövzu ətrafında suallar cavablandırıldı, valideynlər tərəfindən səsləndirilən rəy və təkliflər eşidildi.