"Oxu günü" tədbiri

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində kitabın,mütaliənin rolu əvəzsizdir.Biz də şagirdlərimizdə kitaba, mütaliəyə marağı gücləndirmək məqsədilə “Oxu günü” tədbirini təşkil etdik. Tədbir ibtidai siniflərlə təşkil olunmuşdur. Tədbir şagirdlərin bədii təxəyyülünün obrazlı və məntiqi təfəkkürünün, idrakı bacarıqlarının inkişafına yönəldilmişdir.