Ümummilli lider H.Əliyevin 99-cu il dönümü qeyd edildi

Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar 10 may 2022- ci il tarixdə məktəbdə “Yanar ürək” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Məktəbin UBT rəhbəri M.E.Abasova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdi. Tədbirdə məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər.