Məişət zorakılığının uşaq psixologiyasına mənfi təsiri

Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakıığının probleminin həlli hər tərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.
Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir.
Bu baxımdan məktəbin psixoloqu yeniyetmələrlə “Məişət zorakılığının uşaq psixologiyasına mənfi təsiri” adlı seminar teşkil etdi. Seminarda şagirdlərə mövzu ilə əlaqədar slaydlar təqdim etdi və elmi mənbələrə əsaslanan məlumatlar verdi. Şagirdlərlə maarifləndirici iş apardı.