Peşəyönümü işinin təşkili

Azərbaycanda peşə təhsilinin əhəmiyyəti, cəmiyyətdə rolunu, məzunlar üçün yaratdığı iş imkanlarını əsas hədəf kütləsi olan şagirdlərə təlqin edilməsi məqsədi ilə məktəbin psixoloqu Paşayeva İlahə 9- cu sinif şagirdləri ilə "Peşəyönümü işinin təşkili" adlı maarifləndirici tədbir keçirtdi.
Tədbirdə şagirdlərə peşələrin növləri haqqında məlumat verildi. Təlim prosesində şagirdlərə "Optant anketi" və "Peşə hazırlığına dair sorğu" vərəqləri paylanıld, şagirdlərin cavablarına əsasən yazılan anketlər protokollaşdırıldı.