"Haray Xocalım haray"

25.02.2022-ci il tarixində məktəbdə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş "Haray Xocalım haray" adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan olundu. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Qədirova Reyhan Xocalı soyqırımı haqqında məlumat verdi. Sonra məktəbin şagirdləri Xocalıya həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. 8-ci sinif şagirdlərinin ifasında " Gözlərinin yaşını sil, Xocalım ! " adlı ədəbi bədii kompozisiya təqdim olundu.Tədbirin sonunda şagirdlərin çəkdikləri Xocalı soyqırımını əks etdirən rəsmlədən ibarət sərgi nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi