"Dilimiz mənəvi varlığımıdır"

21 fevral 2022-ci il tarixində məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş "Dilimiz mənəvi varlığımızdır" adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin UBT rəhbəri M.Abasova açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şagirdlər "Dilimizi qoruyaq", "Ana dilim şirindir", " Ana dilim-anamın dilidir" adlı şeirlər ifa etdilər. 2b sinif şagirdləri "Şuşanın dağları" mahnısı ilə rəqs etdilər. Məktəbin 8-ci sinif şagirdləri Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin bir hissəsinin səhnələşdirilmiş variantını təqdim etdilər.