Bakı Limanında məktəblilər üçün "Zəfər" adlı bilik yarışı keçirilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, Bakı şəhəri Təhsil İdarəsi ilə birgə 22.12.2021-ci il tarixdə Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən 105, 110, 127,  302 və 303 nömrəli məktəblərdə təhsil alan şagirdlər üçün "Zəfər" adlı bilik yarışı təşkil etdi. İntellektual oyunda hər birində 6 nəfərdən ibarət olmaqla 5 komanda iştirak edib. Şagirdlər Vətən müharibəsi, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ümumi biliklər eləcə də Bakı Limanının fəaliyyətinə dair sualları cavablandıraraq birincilik uğrunda mübarizə aparıblar.
Yarışdan əvvəl iştirakçılar I və II Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalan limançıların xatirəsinə həsr olunmuş abidə və park kompleksini ziyarət edib və Bakı Limanının terminallarının iş prinsipi ilə yerində tanış olublar.
Bizim məktəbin şagirdləri də IX sinif olmalarına baxmayaraq yarışda iştirak etdilər. Yarışda XI sinif şagirdləri 16 xalla 5-ci yeri qazandılar.
Sonda qalib olan komandalara və ümumilikdə bütün iştirakçılara dəyərli hədiyyələr, eləcə də sertifikat təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi