Natamam ailələrdə tərbiyə olunmuş uşaqların psixoloji xüsusiyyətləri.

Valideynləri boşanan və ya ailədaxili münasibətlərin gərginləşməsi üzərindən mənəvi zədələrə məruz qalan övlad cəmiyyətə heç də həmişə sağlam insan olaraq qarışa bilmir, bir çox hallarda onların aldıqları mənəvi zədələr digər cəmiyyət üzvlərinə qarşı aqressiya olaraq ötürülür.
Beləliklə, ailə problemləri üzərindən kiçik və ya yeniyetməlik yaşında müəyyən travmalar almış insan nəinki sonralar özünü doğrulda bilmir, üstəlik başqalarına da zərər vermək riski daşıyır.
Yuxarıdakı səbəbləri nəzərə alaraq sinif rəhbərləri ilə proflaktik tədbir keçirildi. Tədbirdə sinif rəhbərləri risk qrupuna daxil olan şagirdlər haqqında məlumat verdilər, həmin şagirdlərlə və ailələrlə işləmə metodikalarından söhbət açdılar.
Məktəbin psixoloqu natamam ailələrdən şagirdlərin yaş-senzetiv dövrlərini, psixoloji xüsusiyyətlərini nəzərə alaraq, onlara fərdi-humanist yanaşma prinsiplərindən istifadə etmələrini tövsiyə etdi. Ailələrlə sıx-sıx maarifləndirici görüşlərin keçirilməsini məqsədəuyğun hesab etdi. Risk qrupuna daxil olan şagirdləri maarifləndirici tədbirlərə cəlb etmək, onlara yaradıcı-işguzar tapşırıqların verilməsini, məktəbin ictimai işlərində, iməcliklərdə və s. iştirakını məsləhət gördü.