Gəncləri məhvə aparan yol.

Hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir.
Məktəbin IX sinif şagirdləri arasında narkomaniya və zərərli vərdişlərin qarşısının alınması məqsədi ilə məktəbin psixoloqu Paşayeva İlahə şagirdlərlə "Gəncliyi məhvə aparan yol" adlı tədbir keçirtdi.