Sahibsiz küçə heyvanlarının qayğıya ehtiyacı var.

İDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun Vitse prezidenti İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuşdur. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlamışdır.
Həyata keçirilmiş humanist yanaşmanı uşaqlarda formalaşdırmaq, sahibsiz heyvanlara şəfqət, qayğı və məsuliyyətli münasibəti inkişaf etdirmək məqsədilə məktəbin psixoloqu 3 və 4-cü sinif şagirdləri ilə "Sahibsiz heyvanlara qayğı" başlığı altında tədbir həyata keçirtmişdir.
Şagirdlərdə küçə heyvanlarına qarşı sevgi, qayğı hissi aşılamaq məqsədilə onlara "Toplan və kölgəsi" , "Pişik və siçan" cizgi filmləri seyr etdirilmiş, tərbiyəvi əhəmiyyətindən danışılmışdır. Respublikamızda fəaliyyət göstərən sahibsiz heyvanlara qayğı mərkəzləri, onların iş prosesi ilə şagirdlərə ətraflı məlumat verilmişdir.
Şagirdlər qayğıya ehtiyacı olan sahibsiz heyvanlar üçün evciklər, yuvalar hazırlamışlar.
Ümid edirik ki, şagirdlərimizin hazırladıqları evciklər soyuq havalarda sahibsiz heyvanların isti sığınacağına çevriləcəkdir.