Uşağın məktəb təliminə psixoloji hazırlığının diaqnostikası.

Uşağın məktəbə psixoloji hazırlığı 3 əsas sahəni əhatə etməlidir.
- Uşağın böyüklərə münasibəti;
- Uşağın öz yaşıdlarına münasibəti;
- Uşağın özü-özünə münasibəti.
Uşağın məktəb təliminə psixoloji hazırlığının diaqnostikası təhsil müəssisələrində işləyən praktik psixoloqlar tərəfindən aparılır. Beləki, məktəbin psixoloqu birincilərlə qrup metodikasından istifadə edərək uşaqlarda təfəkkürün inkişaf səviyyəsini, əllərin incə motorikası, rəngləri tanıma və nitqin inkişaf səviyyəsini tədqiq etmişdir.
Bu sahələri realizə etmək üçün məktəb psixoloqu "Kern-İyerosen" testindən və müxtəlif səpkili psixoloji tapşırıqlardan istifadə etmişdir.
Tapşırıq 1. Nöqtələrin birləşdirilməsi.
Tapşırıq 2. Heyvan siluetinin bərpası və rənglənməsi.
Məktəb psixoloqu diaqnostik metodları tətbiq etdikdən sonra nəticələri ümumiləşdirir, sinif rəhbərləri və valideynlərə öz məsləhət, tövsiyyələrini verir. I sinif şagirdlərinin məktəb şəraitinə adaptasiyasında valideynlərə dəstək olur.