Şagirdlərin məktəbə adaptasiya çətinlikləri və korreksiyası.

Tədris prosesinin ənənəvi formada başlaması valideyn-şagird-müəllim üçlüyü tərəfindən böyük sevinc hissi ilə qarşılanır.
 Buna baxmayaraq şagirdlərin ənənəvi tədris prosesinə uyğunlaşmasında bir çox çətinliklərlə qarşılaşacağı gözlənilir. Beləki, şagirdlərin pandemiya şəraiti ilə əlaqədar məktəb mühitindən, sosial-ictimai mühitdən uzaq olması bir çox problemlərə yol açdı. 
Şagirdlərin tədris prosesinə adaptasiya olunmasında, pedaqoji kollektivə və valideynlərə psixoloji dəstək prosesində məktəb psixoloqlarının üzərinə böyük yük düşür.
Bu baxımdan məktəb psixoloqu yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, sinif rəhbərləri ilə "Şagirdlərin məktəbə adaptasiya çətinlikləri və korreksiyası" mövzusunda maarifləndirici  tədbir keçirtdi.
Tədbirdə bir çox məsələlər müzakirə edildi və korreksiya yolları axtarıldı. Tədrisin keyfiyyətini optimallaşdırmaq, şagirdləri yaradıcılığa cəlb etmək məqsədilə innovativ təkliflər irəli sürüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi