Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixində Ağdam şəhərinə səfəri.

Prezident İlham Əliyev Azərbaycanda Respublika günü kimi qeyd olunan 28 mayda Ağdam şəhərini ziyarət etdi. İ.Əliyev Ağdama səfəri zamanı öz
çıxışında bildirdi:
Baş plan əsasında işğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə qurulacaq. Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq. Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin, Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının təməli qoyulub. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilikdir.Bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Qalib xalqın müzəffər Ordusu Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Daha sonra Füzuli, Hadrut, Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzaladı.Müharibə ilə bağlı,əlbəttə ki,çox danışmaq olar.Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq. 44 günlük müharibə şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə, şəhidlərimizə borcluyuq. Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və
görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Cənab İlham Əliyevin də dediyi kimi biz Ağdamı bir güllə atmadan,bir şəhid vermədən,dinc əhaliyə toxunmadan
azad etdik və bu gün burdayıq.
Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi