Ali Baş Komandan İ.Əliyevin Ağdam səfəri.

Bu gün qələbəmizə dünya şahidlik etdi!

Artıq tələbəlik illərimdən bəri prezident seçkilərində inamla səs verdiyim, İlham Əliyev, Ali Baş Komandanımız və neçə illərdir yürütdüyü siyasətin nəticəsini gördük və görməyə davam edəcəyik. Bir azərbaycanlı müəllimi olaraq ürəyim fərəh hissi ilə doludur. 44 günlük müharibədə bizim gücümüzü bütün dünya gördü. Ali Baş Komandanımızın sərkərdəliyi, Silahli Qüvvələrimizin rəşadəti, xalqımızın birliyi və şəhidləri bu cür qorxmaz, əzmli yetişdirən ailələrin və şəhidlərin qarşısında baş əyirəm. 30 ildən sonra bizə bu qələbəni yaşatdılar. Biz sülh dövlətiyik, lakin bizim olana əl uzatmış və uzatmağa davam edən mənfur erməni dövlətinin kapitulyasiyasını görməyə laiq idi. Biz özümüz xalq olaraq qorxmaz, əzmli olduğumuzu bilirdik, lakin bunun bütün dünyanın görməsi ayrıca qürurvericidir. Məhz bu Ali Baş Komandanımızın, xalqımızın və igid oğulların sayəsində artıq 2021-ci il 28 may tarixində, müstəqilliyimizin elan olduğu gündə prezidentimiz Ağdam şəhəri üçün önəmli, 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Eyni zamanda Bərdə-Ağdam dəmir yolunun və dəmiryolu vağzalının tikintisi nəzərdə tutulur. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Hansı ki, şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağı olacaq. Süni göl həmçinin kanallar və körpülər yaradılacaq. Bütün Qarabağ zonası "Yaşıl enerji" zonası olacaq. Və bir sözlə desək "Çiçəklən doğma, Azərbaycan" devizi mənfur düşmənin yıxıb taladığı, məhz doğma yurdumuz, Qarabağıyla al-əlvan çiçəklərə, əmin-amanlığa və öz əsil sahiblərinə qovuşacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi